“Hafka”nın klubu çempionata buraxılmadı

“Hafka”nın klubu çempionata buraxılmadı
"Hafka" ləqəbi ilə tanınan Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu Fransa yüksək liqasına buraxılmayıb. Fanat.az xəbər verir ki, bu barədə Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoratının (DNCG) Apellyasiya Şurası qərar qəbul edib. 
“Lans”ın yaydığı bəyanatda bildirilir ki, “Bank of Azerbaijan” tərəfindən 18 milyon avroluq təminat verilməsinə baxmayaraq, DNCG ilk dinləmədə olduğu kimi, yenə 10 milyon avronu təsdiqləyib: “Bu vəsait klubumuzun hesabına hələ oturmadığından, DNCG komissiyası ilkin instansiyanın qərarını qüvvədə saxlayıb”. 
Qaydalara uyğun olaraq, “Lans” yaxın günlərdə Fransa Milli Olimpiya və İdman Komitəsinə (CNOSF) müraciət edəcək.
sportnet.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər