"İnter" iyulun 24-də Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində İsveçin "Elfsborq" klubunu qəbul edəcək. Fanat.az xəbər verir ki, iyulun 23-də komandalar “Şəfa” stadionunda oyunöncəsi məşq edəcək.
Öncə meydançaya “İnter” çıxacaq. "Bankirlər"in məşqi saat 20.00-da başlayacaq. “Elfsborq” isə oyunöncəsi məşqini saat 21.00-da keçiriəcək və ilk 15 dəqiqə mətbuat üçün açıq olacaq.
İyulun 23-də komandalar oyunöncəsi mətbuat konfransları da düzənləyəcək. Saat 19.30-da Kaxaber Tsxadadze, 20.30-da“Elfsborq”un məşqçisi Yan Mian jurnalistlərin suallarını cavablandıracaq.
Fanat.az