Əvvəl Aqius, sonra Qurbanov

Əvvəl Aqius, sonra Qurbanov
Çempionlar Liqasnın II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Valletta" (Malta) oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, iyulun 21-də, saat 18.45-də "Valletta"nın baş məşqçisi Cilbert Aqius mətbuat nümayəndələrinin önünə çıxacaq. Maltalıların məşqi isə saat 19.00-da start götürəcək.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə saat 19.45-də mətbuat konfransı keçirəcək. Bundan 15 dəqiqə sonra ağdamlılar məşqə çıxacaq.
Qeyd edək ki, "Qarabağ" - "Valletta" oyunu iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21.30-da başlayacaqö
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər