Dünya çempionu tərbiyəsizlik etdi

Dünya çempionu tərbiyəsizlik etdi
Almaniya yığması ilə dünya çempionu olan Tomas Müller jurnalistlərə qarşı tərbiyəsizlik edib. Fanat.az xəbər verir ki, ulduz futbolçu ona sual verən həmkarımızı təhqir edib.
Belə ki, Müller dünya çempionatında 5 qol vuraraq "Gümüş buts" mükafatına sahib çıxıb. "Qızıl buts"u isə 6 qolla kolumbiyalı Ceyms Rodriges qazanıb.
Mətbuat konfransında bu jurnalist ona "Qızıl buts"u bir qolla əldən verdin. Hansı hissləri keçirirsən" sualını verib. Müllerin cavabı isə belə olub: "Biz dünya çempionu olduq. "Qızıl buts" vecimə deyil. Onu g...ünüzə soxa bilərsiniz".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər