Dünya çempionatı: Azərbaycan millisi mübarizəni dayandırdı

Dünya çempionatı: Azərbaycan millisi mübarizəni dayandırdı

Azərbaycanın kişilərdən ibarət şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında 1/4 final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, B qrupunda ikinci yeri tutan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Vüqar Əsədli və Aydın Süleymanlıdan ibarət Azərbaycan millisi A qrupunun üçüncüsü İspaniya ilə qarşılaşıb.

Reqlamentə əsasən, komandalar arasında iki görüş baş tutub. İlk matçın sonunda heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında 1,5:2,5 hesabı ilə məğlub olan Azərbaycan millisi yarışla vidalaşıb.

Qeyd edək ki, qrup mərhələsində Özbəkistan, ABŞ və İsraili məğlub edən komandamız Polşa ilə heç-heçə edib, Hindistana uduzub. Yarışa noyabrın 25-də yekun vurulacaq.

Dünya çempionatı

1/4 final

İlk oyun

Azərbaycan - İspaniya - 2:2

Şəhriyar Məmmədyarov - Xayme Santos 0,5:0,5 Teymur Rəcəbov - David Guicarro 0,5:0,5 Rauf Məmmədov - Aleksey Şirov 0,5:0,5 Qədir Hüseynov - Daniil Yuffa 0,5:0,5

Cavab oyunu

İspaniya - Azərbaycan 2,5:1,5

Xayme Santos - Şəhriyar Məmmədyarov 0,5:0,5 David Guicarro – Teymur Rəcəbov 1:0 Aleksey Şirov – Qədir Hüseynov 0:1 Migel Santos – Rauf Məmmədov 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər