"Qalatasaray"la müqaviləsi başa çatan Didye Droqbanın yeni komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, Kot`D-İvuar yığmasının üzvü "Çelsi"yə dönür.
Bu öarədə Fransanın "L`Equipe" qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, "Çelsi" və Droqba bir illik müqaviləni razılaşdırıb. Rəsmi anlaşma yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, Droqba 2004-2012-ci illərdə "Çelsi"də çıxış edib və komandanın əfsanələri sırasına adını yazdıra bilib.
Fanat.az