DÇ: Azərbaycan millisi 1/4 finalda İspaniyaya qarşı

DÇ: Azərbaycan millisi 1/4 finalda İspaniyaya qarşı

İsraildə keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün 1/4 final görüşləri baş tutacaq.

Fanat.Az xəbər verir ki, B qrupunda ikinci yeri tutan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Vüqar Əsədli və Aydın Süleymanlıdan ibarət Azərbaycan millisi A qrupunun üçüncüsü İspaniya ilə qarşılaşacaq.

Komandalar iki görüş keçirəcək. Hər iki oyunun sonunda heç-heçə qeydə alınacağı təqdirdə tərəflər tay-breykdə üz-üzə gələcək.

Digər 1/4 final qarşılaşmalarında isə Çin Polşa ilə, Fransa Hindistanla, Ukrayna Özbəkistanla münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, qrup mərhələsində Özbəkistan, ABŞ və İsraili məğlub edən komandamız Polşa ilə heç-heçə edib, Hindistana uduzub. Yarışa noyabrın 25-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər