DÇ: Azərbaycan millisinin İsrailə qarşı heyəti açıqlandı

DÇ: Azərbaycan millisinin İsrailə qarşı heyəti açıqlandı

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası İsraildə keçirilən komandalararası dünya çempionatında çıxışını davam etdirir.

Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət komandamız B qrupunda Hindistan, Özbəkistan, ABŞ, Polşa və İsrail ilə mübarizə aparır.

Dörd turdan sonra qrupda ikinci olan Azərbaycan millisi qrup mərhələsində son oyununu İsrailə qarşı keçirəcək.

Artıq yığmaların görüşlər üçün heyəti açıqlanıb.

Dünya çempionatı  V tur

Azərbaycan - İsrail Şəhriyar Məmmədyarov - Maksim Rodşteyn Teymur Rəcəbov - Tamir Nəbati Qədir Hüseynov - Avital Boruxovski Rauf Məmmədov - Yevgeni Postnı

Qrupda bu gün həmçinin Özbəkistan - Polşa və ABŞ - Hindistan qarşılaşmaları baş tutacaq.

İlk dörd yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək.

Xal durumu: Özbəkistan - 6 xal, Azərbaycan - 5, İsrail, Hindistan - hərəyə 4, İsrail, Polşa - 3, ABŞ - 2 xal.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər