DÇ: Azərbaycan millisinin finaldakı rəqibi bəlli oldu

DÇ: Azərbaycan millisinin finaldakı rəqibi bəlli oldu

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı bəlli olub.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin ikinci yarımfinal duelində Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

Oyunun əsas vaxtında qol vurulmadığı üçün qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan (3:1) Macarıstan seçməsi həlledici matçda Azərbaycan millisi ilə qarşılaşacaq.

Təmsilçimuzin yarımfinalda yendiyi Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mükafatlar uğrunda görüşlər iyunun 1-də reallaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər