DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin 3-cü turu start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi də növbəti matçına çıxıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Mavritaniya yığmasını 2:0 hesabı ilə yenərək xal hesabını 7-yə çatdırıb və yer aldığı A qrupundan lider qismində 1/8 finala yüksəlib. Qrupun digər qarşılaşmasında Bəhreyn Sloveniyanı üstələyib - 4:1.

Bu gün həmçinin Türkiyə millisi də 3-cü görüşünü keçirib. Qardaş ölkə təmsilçisi İngiltərə yığmasına 0:3 hesabı ilə uduzaraq qrupda qalıb.

Dünya çempionatı Qrup mərhələsi, 3-cü tur 25 may

A qrupu

Azərbaycan – Mavritaniya 2:0 

Qollar: Təmkin Xəlilzadə, 44. Ramiz Çovdarov, 50+ pen.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər