DÇ: Azərbaycan millisi Hindistanı darmadağın etdi

DÇ: Azərbaycan millisi Hindistanı darmadağın etdi

Dünya çempionatında iştirak edən Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan qrup mərhələsi çərçivəsində bu gün ikinci matçını keçirib.

Fanat.Az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv Hindistanla qarşılaşıb. 

Millimiz böyükhesablı qələbə qazanıb -16:0.

Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya müqavimət göstərə bilməyib - 1:26.

Qeyd edək ki, Azərbaycan millisi sonuncu oyununu sabah Çexiyaya qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər