DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

Azərbaycan millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda mundialın son qalibi Rumıniya ilə qarşılaşıb. 

Millimizin üstünlüyü şəraitində keçən görüşün əsas vaxtı 1:1 nəticələnib. Hesabı rəqib erkən açsa da, 33-cü dəqiqədə Ramiz Çovdarov tarazlığı bərpa edib. Qalan dəqiqələrdə başqa qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Standart zərbələri daha dəqiq yerinə yetirən (2:1) millimiz 1/4-ə adlayıb.

Millimiz 1/4 finalda İngiltərə seçməsi ilə üz-üzə gələcək.

Dünya çempionatı 1/8 final 27 may

Azərbaycan – Rumıniya 1:1, penalti seriyası - 2:1 Qollar: Ramiz Çovdarov, 33 - Marius Robu, 13.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər