DÇ-2014 sona yaxınlaşır. Fanat.az xəbər verir ki, artıq FIFA müxtəlif nominasiyalar üzrə ən yaxşıları seçmək üçün namizədləri açıqlayıb.
Turnirin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatına 10 namizəd var. Namizədlərdən 7-si finala çıxan komandaları təmsil edir. Onlardan 4-ü Almaniya yığmasının, 3-ü Argentina millisinin üzvüdü. Braziliya, Hollandiya və Kolubiyadan bir futbolçu ən yaxşı adı uğrunda mübarizə aparacaq.
"Qızıl top" mükafatına namizədlər
- Mats Hummels (Almaniya)
- Toni Kroos (Almaniya)
- Filip Lam (Almaniya)
- Tomas Müller (Almaniya)
- Angel Di Maria (Argentina)
- Javier Mascherano (Argentina)
- Lionel Messi (Argentina)
- Neymar (Braziliya)
- Aryen Robben (Hollandiya)
- Ceyms Rodriges (Kolumbiya)
Turnirin ən yaxşı qapıçısına veriləcək "Qızıl əlcək" mükafatına 3 namizəd var. FIFA ən yaxşı qapıçını Kosta Rika, Argentina və Almaniya millilərindən seçmək qərarına gəlib.
"Qızıl əlcək" mükafatına namizədlər
- Keylor Navas (Kosta Rika)
- Manuel Neuer (Almaniya)
- Serxio Romero (Argentina)
Dünya çempionatının "Ən yaxşı gənc futbolçusu" mükafatına da 3 namizəd var. Bu mükafata Hollandiya və Fransa yığmalarının üzvləri namzəddi. Belə ki, 3 nəfərdən 2-si Fransanı, 1-i Hollandiyanı təmsil edir.
"Ən yaxşı gənc futbolçu" mükafatına namizədlər
- Mempis Depay (Hollandiya)
- Paul Poqba (Fransa)
- Rafael Varane (Fransa)
FIFA-nın Texniki Araşdırma Qrupunun hazırladığı siyahıdan ən yaxşı seçiləcək futbolçular Almaniya - Argentina finalından sonra mükafatlandırılacaq.
Fanat.az