DÇ-2014: ən yaxşılar müəyyənləşdi

DÇ-2014: ən yaxşılar müəyyənləşdi
Braziliyada keçirilən dünya çemionatı başa çatıb. Fanat.az xəbər verir ki, Almaniyanın Argentinanı 1:0 hesabı ilə yendiyi gecədə fərdi mükafatların da sahibi müəyyənləşib.
"Qızıl buts"
DÇ-2014-ün bombardiri Ceyms Rodriges olub. Kolumbiya yığmasının üzvü mundialda 6 qola imza atıb. Onu izləyən amlan Tomas Müller 5 dəfə fərqlənib. Tomas Müller ikinci, Neymar üçüncü mükafata layiq görülüb.
Ceyms Rodries (Kolumbiya) - 6
Tomas Müller (Almaniya) - 5
Neymar (Braziliya), Robin van Persi (Hollandiya), Lionel Messi (Argentina) - 4
"Qızıl top" 
Dünya çempionatının ən yaxşı futbolçusu Lionel Messi olub. O, 10 nəfərin arasından fərqlənərək "Qızıl top" mükafatına layiq görülüb.
Messi bu ad uğrunda  Mats Hummels, Toni Kroos (Almanya), Filip Lam, Tomas Müller (hamısı Almaniya), Angel Di Maria, Xavyer Maskerano (ikisi də Argentina), Neymar (Braziliya), Aryen Robben (Hollandiya), Ceyms Rodrigeslə (Kolumbiya) mübarizə aparırdı. Tomas Müller ikinci, Aryen Robben üçüncü olub.
"Qızıl əlcək"
Turnirin ən yaxşı qapıçısına verilən "Qızıl əlcək" mükfatının sahibi də müəyyənləşib. Almaniya yığmasının qapıçısı Manuel Neuer bu mükafata sahib çıxıb. O, bu nominasiyada Keylor Navas (Kosta Rika) və Serxio Romeronu (Argentina) qabaqlayıb.
"Fair-Play" mükafatı
FIFA "Fair-Play" mükafatının da sahibi müəyyənləşib. Ali futbol qurumu bu mükafatı Kolumbiya yığmasına verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər