Bu gün Milli Mətbuat Günüdü

Bu gün Milli Mətbuat Günüdü

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 139 il ötür. Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail olur. Bununla da Azərbaycanda milli mətbuatın əsası qoyulur.

Bu dövr ərzində Azərbaycan mətbuatı müxtəlif təzyiqlərə məruz qalıb. Buna baxmayaraq, daim inkişaf yolunu tutub. 1998-ci ilin avqustunda Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi isə Azərbaycanda mətbuatın daha da inkişaf etməsinə təkan verib.

Fanat.az-ın kollektivi bütün mətbuat nümayəndələrini təbrik edir və uğurlar arzulayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər