Briffa: "Acius rəqibi yaxşı incələyib"

Briffa: "Acius rəqibi yaxşı incələyib"

Maltanın “Valletta” klubunun futbolçusu Roderik Briffa Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri “Qarabağ”la bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan 32 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə oyuna çox yaxşı hazırlaşdıqlarını deyib:

“Biz Nukri Revişvili və İrakli Maysuradze kimi iki aparıcı futbolçumuzu itirdik. Amma hər iki mövqeyə də oyunçu aldıq. Bu barədə problemimiz olmayacaq. Maltada keçirəcəyimiz ilk oyunda yaxşı nəticə qazanmağımız çox vacibdi. Buna nail olacağımıza inanırıq. Biz bu oyuna çox yaxşı hazırlaşmışıq və baş məşqçimiz Gilbert Acius rəqibi yaxşı təhlil edib. İstədiyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, "Valletta" - "Qarabağ" qarşılaşması iyulun 15-də Maltada keçiriləcək və Bakı vaxtıyla 21.30-da start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər