Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri bilindi

Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri bilindi

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri və yer aldığı qrup bəlli olub.

Fanat.Az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunda Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.

B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finala çıxan komandalar isə A divizionunda iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər