Azərbaycan millisi Səudiyyə Ərəbistanını yendi

Azərbaycan millisi Səudiyyə Ərəbistanını yendi

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı oyun 3:1 hesabı ilə millimizin xeyrinə nəticələnib.

Yığmamızın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər