Azərbaycan millisi "Prezident Kuboku"nda iştirak edəcək

Azərbaycan millisi "Prezident Kuboku"nda iştirak edəcək

Azərbaycanın parataekvondo millisi İranın paytaxtı Tehranda keçiriləcək Dünya Taekvondosunun Prezidentinin Kubokunda iştirak edəcək.

Fanat.Az xəbər verir ki, turnir fevralın 20-də başlayacaq.

Yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) mübarizə aparacaqlar.

Onların hamısı K-44 kateqoriyasında çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər