Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Gecənin yeganə oyununda Bosniya və Hersoqovinanın "Jelezniçar" klubu Makedoniya "Metallurq"unu qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. İlk oyun 0:0 hesabı ilə başa çatdığından "Metallurq" səfər qolları sayəsində mərhələ adlayıb.
Qeyd edək ki, bu mərhələnin qalan 39 oyunu sabah keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
22 iyul
Jelezniçar (Bosniya və Herseqovina) - Metallurq (Makedoniya) 2:2
Qollar: Ninoslav Dodevski, 16 (avtoqol). Riyad Bayiç, 54 - Maryan Radeski, 62. Mile Krstev, 90+2.
İlk oyun - 0:0.
Fanat.az