AÇ: Azərbaycan millisinin oyunlarının təqvimi bilindi

AÇ: Azərbaycan millisinin oyunlarının təqvimi bilindi

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsində (EBSL) keçiriləcək oyunların təqvimi bəlli olub.

Fanat.Az xəbər verir ki, B Liqasının A qrupunda yer alan Azərbaycan millisi Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində baş tutacaq.

Təmsilçimizin matçlarının təqvimi belədir:

23 may

13:00. Azərbaycan – İngiltərə

24 may

13:00. Azərbaycan – Belçika

25 may

14:15. Litva – Azərbaycan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər