AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi bu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda açılış matçında Belçika ilə qarşılaşıb.

Millimiz görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. Komandanın heyətində Vüsal İsayev dubl edib, son nöqtəni Samir Həmzəyev qoyub.

Qeyd edək ki, Azərbaycan millisinin qrupdakı digər rəqibləri İtaliya və Fransa olacaq. Minifutbolçularımız sabah saat 19.00-da italiyalılarla qarşılaşacaqlar.

Minifutbol üzrə Avropa Çempionatı

2 iyun

Azərbaycan - Belçika 3:0

Qollar: Vüsal İsayev, 25, 35, Samir Həmzəyev, 39.

Sarayevo. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər