AÇ-2026: Azərbaycan millisi final uğrunda matça çıxır

AÇ-2026: Azərbaycan millisi final uğrunda matça çıxır

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Bratislavada baş tutacaq matçda Elşad Quliyevin baş məşqçisi olduğu komanda Serbiya ilə üz-üzə gələcək.

"Tipos Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

Bu gün keçiriləcək digər 1/2 final oyununda isə Macarıstan Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. Sözügedən görüş 21:15-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından (3:2), 1/4-də isə Çexiyadan (5:2) güclü olub. Komandamız F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

AÇ-2026 1/2 final 3 iyun

22.45. Serbiya - Azərbaycan Bratislava. "Tipos Arena". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər