Bir zamanlar Ronaldo, Zidan, Fiqu və daha bir çox ulduzları heyətinə qatıb "Los Qalaktikos" yaradan "Real" yenidən köhnə günlərinə qayıdıb. "Kral Klubu" son bir ildəki transfer siyasəti ilə 2-ci "Los Qalaktikos" dönəminə başlayıb.
Bu yay Almaniya yığması ilə dünya çempionu olmuş Toni Kroosla müqavilə bağlayan "Real" tezliklə mundialın ən yaxşılarından olan kolumbiyalı Ceyms Rodrigesi də heyətinə qatacaq. İspaniya mətbuatı isə ulduzlar yığınından ibarət komandanın baş məşqçisi Karlo Ançelottinin yeni futbol mövsümündə güvənəcəyi "11-liy"i müəyyənləşdirib.
Qapıçı: İlker Kasilyas.
Müdafiəçilər: Serxio Ramos, Rafael Varane, Pepe, Marselo.
Yarımmüdafiəçilər: Toni Kroos, Ceyms Rodriges, Luka Modriç, Qaret Beyl.
Hücumçular: Kriştiano Ronaldo, Kərim Benzema.
Fanat.az