16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda U-16 Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq.
Yığma Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Milliyə dəvət olunan futbolçuların siyahısı:
1. Nurəziz Əzizov - Neftçi 2. Murad Muradov - Zirə 3. Tunar Mehdiyev - Sumqayıt 4. Kəmaləddin Cəfərli - Qarabağ 5. Polad Hüseynov - Qarabağ 6. Amin Rzayev - Qarabağ 7. Rəşad Gülüşov - Vətən 8. Toğrul Mehdizadə - Vətən 9. Kamal Mustafazadə - Vətən 10. Məhəmməd Mədətov - Vətən 11. Məhəmməd Qafarov - Neftçi 12. Səid Nuriyev - Qarabağ 13. Emil Məmmədov - Vətən 14. Allahverdi Şirinov - Qəbələ 15. Eldar Abbasov - Qarabağ 16. Nihat Şirinzadə - Vətən 17. Əli İsrafilov - Sumqayıt 18. Renat Muştakov - Vətən 19. Samir Şərifov - Vətən 20. Hüseyn Bayramov - Qarabağ 21. Murad İbrahimli - Qarabağ 22. Nicat Kərimov - Vətən 23. Kamal Zülfüyev - Sumqayıt