Tsxadadze: "Qələbəyə layiq oyun göstərdik"

Tsxadadze: "Qələbəyə layiq oyun göstərdik"
"Qələbəyə layiq oyun göstərdik. Nəticə bizi qane etdi. Ancaq unutmayaq ki, qarşıda daha bir 90 dəqiqə var". Fanat.az xəbər verir ki, bu sözləri "Elfsborq"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Baş məşqçi səfərdə 1:0 hesablı qələbə qazandıqları oyunu dəyərləndirib: "Komandamız çoxsaylı qol imkanları yaratsa da, cəmi birindən istifadə edə bildi. Futbolçuları qınamaq fikrim yoxdu. Belə imkanlar əldə etdikdə psixoloji cəhətdən rəqib qapısının torunu silkələməyə hazır olmalısan".
Tsxadadze azarkeşlərdən dəstək istəyib: "Tiraspol"la Bakıdakı görüşdə onlar bizi tək buraxmadı. Hətta yenik duruma düşdükdə də, dəstək oldular. Həmin qələbədə onların da payı var. Bu gün də fanatlarımız yanımızda oldular. Ancaq Bakıda baş tutacaq təkrar qarşılaşmada da onların dəstəyinə ehtiyacımız var. Azarkeşləri bu görüşə dəvət edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər