Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, ötən axşam 5 oyun baş tutub.
Tiflis "Dinamo"su evdə "Aktobe"yə yenilib - 0:1. "Styaua" eyni hesabla "Stromsqodset"ə qalib gəlib. "Ludoqorets" "Düdelanj"ı 4:0 hesabı ilə darmadağın edib.
"Malmö" - "Ventspils" oyunu 0:0, "Legia" - "Sent Patriks" matçı 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu mərhələnin 12 oyunu iyulun 15-də keçirilmişdi.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
16 iyul
Dinamo (Tiflis, Gürcüstan) - Aktobe (Qazaxıstan) 0:1
Qol: Danilo Neko, 51.
Ludoqorets (Bolqarıstan) - Düdelanj (Lüksemburq) 4:0
Qollar: Dani Abalo, 35. Roman Bezjak, 43. Aniset, 65. Fabio Espinyo, 68.
Malmö (İsveç) - Ventspils (Latviya) 0:0
Stromsqodset (Norveç) - Styaua (Rumıniya) 0:1
Qol: Qabriel İanku, 49.
Legia (Polşa) - Sent Patriks (İrlandiya) 1:1
Qollar: Miroslav Radoviç, 90+1 - Kristi Faqan, 38.
Fanat.az