Tennisin bir nömrəsi hamilədi

Tennisin bir nömrəsi hamilədi
Qadın tennisinin bir nömrəsi Serena Uilyamsın zəif çıxışının səbəbi müəyyənləşib. Fanat.az xəbər verir ki, amerikalı ulduzun hamilə olduğu iddia edilib.
İndiyədək 17 "Qrand Slam" qazanmış Serena "Uimbledon" turnirində fransız Alize Kornetə 1:2 hesabı ilə yenilərək mübarizəni 3-cü turda dayandırmışdı. İddialara görə, zəif çıxışın səbəbi Uilyamsın hamilə olmasıdı. Bu iddiaları onun oyun zamanı tez-tez qarnını tutması daha da gücləndirib. Uşağın atası isə həm sevgilisi, həm də məşqçisi olan Patrik Mouratogloudu.
İddialar doğrulsa, 33 yaşlı tennisçi kortlara vida etməli olacaq. Mütəxəssislərin fikrincə, Serena yaşı səbəbindən yenidən tennisə dönə bilməyəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər