Slovakiyada tarix yazan Azərbaycan millisi yarımfinalda!

Slovakiyada tarix yazan Azərbaycan millisi yarımfinalda!

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığma 1/4-də yarışa ev sahibliyi edən Slovakiya ilə qarşılaşıb.

Millimiz rəqibini Elvin Əlizadənin 42-ci dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesabı ilə yenərək yarımfinala adlayıb. Futbolçularımız son iki dəqiqəni azlıqda mübarizə aparmalı olub. Vüsal İsayev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Finala gedən yolda son rəqib Qazaxıstan millisi olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər