Şimallılara Avropa çempionatı lazım deyil

Şimallılara Avropa çempionatı lazım deyil

AVRO-2024-ün birgə təşkilatçılığı üçün namizədliklərini irəli sürməyi planlaşdıran Danimarka, Norveç, İsveç və Finlandiya qərarını dəyişib. Fanat.Az xəbər verir ki, sözügedən ölkələr nəinki AVRO-2024, heç AVRO-2028-i də düzənləmək niyyətində deyil.

 

Bu haqda mətbuata İsveç Futbol Assosiasiyasının prezidenti Karl-Erik Nilsson məlumat verib. Nilsson səbəbi dəqiq açıqlamasa da, ekspertlər şimallıların mümkün iqtisadi problemlərdən ehtiyatlandığını vurğulayır.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər