Şahmat Olimpiadası: Azərbaycan millisindən ilk məğlubiyyət

Şahmat Olimpiadası: Azərbaycan millisindən ilk məğlubiyyət

Azərbaycanın kişilərdən ibarət millisi ​​Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Fanat.Az xəbət verir ki, seçməmiz V turda Kuba kollektivi ilə üz-üzə gəlib. Yığma üzvlərindən yalnız Şəhriyar Məmmədyarov görüşünü qələbə ilə tamamlayıb. Rauf Məmmədov və Vasif Durarbəyli rəqiblərinə uduzub, Nicat Abasov isə heç-heçə edib. Beləliklə, komandamız yarışda ilk məğlubiyyətlə üzləşib - 1,5:2,5

Azərbaycan – Kuba 1,5:2,5

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres – 1:0

Rauf Məmmədov – Karlos Albornos Kabrera – 0:1

Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres – 0:1

Nicat Abbasov – Omar Almeyda Kintana – 0,5:0,5

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi turnir cədvəlində xeyli geriləyib. Komanda hazırda 7 xalla 27-ci sıradadır.

Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər