Şahmat Olimpiadası: Azərbaycan millisi liderə qarşı

Şahmat Olimpiadası: Azərbaycan millisi liderə qarşı

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma VII turda İsrail seçməsi ilə qarşılaşacaq. Qadın millimiz isə Hindistanla münasibətləri aydınlaşdıracaq.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

VII tur

Azərbaycan - İsrail

Şəhriyar Məmmədyarov - Avital Boruçovski Qədir Hüseynov - İlya Smirin Vasif Durarbəyli - Maksim Rodşteyn Nicat Abasov - Yevgeni Postnı

Qadınlar

VII tur

Azərbaycan - Hindistan

Günay Məmmədzadə - Hampi Koneru Xanım Balacayeva - Harika Dronovali Gövhər Beydullayeva - R.Vaişali Ülviyyə Fətəliyeva - Tanya Sadçev

Görüşlər Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, altı turdan sonra kişi yığmamız 9 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. 11 xal hasil edən qadınlar isə lider Hindistandan 1 xal geri qalaraq ikinci sıradadır. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər