AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşüb. Fanat.Az qurumun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı braziliyalının Azərbaycan millisində çıxışı müzakirə olunub.
"Sambaçı" yığmamızda oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il onun Azərbaycanda yaşamasının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb.
İyun ayında 5 ili tamam olacaq Almeyda həmin vaxtdan etibarən Azərbaycan yığmasının formasını geyinəcək.
Fanat.Az