"Gəlin "Zalsburq" haqda danışmağa tələsməyək. Əvvəlcə "Valletta"nı keçək, sonra növbəti rəqib haqda düşünərik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Reynaldo deyib.
Braziliyalı futbolçu "Valletta" ilə ilk matç barədə də danışıb: "İlk oyunumuz idi. Bu səbəbdən də bir qədər çətin alındı. Amma Bakıdakı oyun bir qədər fərqli olacaq. Çünki bu dəfə öz meydanımızda, doğma azarkeşlərimiz önündə oynayacağıq".
Fanat.az