Rəqiblərimiz iş başında

Rəqiblərimiz iş başında
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə H qrupunda mübarizə aparacaq Malta və Xorvatiya yığmaları yoldaşlıq oyunları keçirəcəklər. Fanat.az xəbər verir ki, sentyabrın 4-də Jilina şəhərində Malta millisi Slovakia yığmasının qonağı olacaq. Həmin gün Pula şəhərində Xorvatiya Cənubi Kipri qəbul edəcək.
Qeyd edək ki, bundan əvvəl digər iki rəqibimizin - Norveç və İtaliyanın yoxlama oyunlarında qarşılaşacaqları komandalar açıqlanmışdı. Belə ki, sentyabrın 3-də Londonda Norveç millisi İngiltərə yığmasının qonağı olacaq. Bir gün sonra Bari şəhərində İtaliya Hollandiyanı qəbul edəcək. Noyabrın 12-də isə Oslo şəhərində Norveç - Estoniya qarşılaşması keçiriləcək. Millimiz isə seçmə mərhələ öncəsi son oyununu avqustun 20-də "Bakcell Arena"da Özbəkistanla keçirəcək.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupunda mübarizə sentyabrın 9-da başlayacaq. Həmin gün millimiz Bolqarıstanı, Xorvatiya Maltanı, Norveç İtaliyanı qəbul edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər