Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd edib. Fanat.Az xəbər verir ki, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.
AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdi.
Qeyd edək ki, Renat Dadaşov 2016/17 mövsümünün ilk yarısını Almaniyanın "Leypziq" klubunun U-19 komandasında keçirib (11 oyun, 3 qol). 17 yaşlı futbolçu yanvarda Frankfurt "Ayntraxt"ının U-19 komandasında transfer olunub.
Renat Dadaşovun böyük qardaşı Rüfət Dadaşov Azərbaycan millisində çıxış edib (16 oyun, 4 qol).
Fanat.Az