"Bakı"dan ayrılmağa hazırlaşan Rauf Əliyevlə Əfran İsmayılov yenidən eyni komandada çıxış edəcək. Fanat.az xəbər verir ki, hər iki futbolçu "Xəzər Lənkəran"a üz tutacaq.
Rauf artıq "Bakı" ilə problemini yoluna qoymaq üzrədi. Hücumçu ən qısa zamanda lənkəranlılarla müqavilə imzalayacaq. Paytaxt klubunun rəhbərliyi ilə anlaşmağa çalışan Əfran da transfer vərəqəsini götürdükdən sonra cənuba üz tutacaq.
Qeyd edək ki, Raufla Əfran 2006-2013-cü illərdə "Qarabağ"da birlikdə çıxış etdikdən sonra "Bakı"ya transfer olunmuşdular.
Fanat.az