Ramil Şeydayev rəsmən Azərbaycan millisində!

Ramil Şeydayev rəsmən Azərbaycan millisində!

FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.

Fanat.az xəbər verir ki, qərarda deyilir:

1. AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.

2. Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

 

Qeyd edək ki, Şeydayev hazırda Türkiyənin "Trabzonspor" klubunda çıxış edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər