"Barselona"nın ulduz futbolçusu Leonel Messi özünü Kriştiano Ronaldo ilə müqayisə etmədiyini bildirib. Fanat.az xəbər verir ki, argentinalı sadəcə, öz çıxışını və komandasında fayda vermək haqda düşündüyünü qeyd edib.
"Media bu cür müqayisə xəbərlərini xoşlayır. Mənim tək istəyim komandama xeyir verməkdi. Özümü Ronaldo və ya başqa biri ilə müqayisə etmirəm. Sadəcə, öz hazırlığımı və oyunları düşünürəm. "Real"ın çox yaxşı futbolçuları var. Dünyanın ən yaxşı komandalarından biridi. Hər zaman da çətin rəqib statusunu qoruyurlar. Bunun üçün də La Liqada çempionluqsevinci yaşamaq çətindi" deyə, Messi bildirib.
Fanat.az