"Yox! Azərbaycan millisində oynamaq istəyirəm" - Şeydayev

"Yox! Azərbaycan millisində oynamaq istəyirəm" - Şeydayev

Rusiya Futbol İttifaqının idman direktoru və U-21 yığmasının baş məşqçi Nikolay Pisarev Ramil Şeydayevin Azərbaycan yığmasında oynamaq qərarını şərh edib. Fanat.Az xəbər verir ki, “Sport-Ekspress”ə danışan mütəxəssis bunları deyib:

"Ramil Şeydayev istedadlı futbolçudu. Aşağı yaş qrupları üzrə milli komandalarımızın hamısında çıxış etmişdi. Onu itirdiyumiz üçün üzülürəm. Rusiya Futbol İttifaqı Şeydayevə çox şey verib. Mən ona zəng vurmuşdum. Onu fikrindən daşınmağa cəhd etdim. Amma cavabında "Yox! Azərbaycan millisində oynamaq istəyirəm" dedi. Bunun səbəblərini açıqlamadı. Yəqin ki, qan çəkir, ya da yaxşı müqavilə, millinin start heyətində yer alacağına dair təminat veriblər”.

Qeyd edək ki, artıq FIFA Ramil Şeydayev və Emin Mahmudovla bağlı AFFA-nın müraciətinə cavab verib. Hər iki futbolçu millimizdə oynaya bilər.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər