"Valletta"nın baş məşaçisi ümidini itirmir

"Valletta"nın baş məşaçisi ümidini itirmir
"Valletta"nın baş məşaçisi Cilbert Aqius "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində təmsilçimizə 0:1 hesabı ilə yenilən Malta klubunun çalışdırıcısı cavab oyunundan öncə ümidini itirmir:
"Bizim əsas məqsədimiz qapımızdan qol buraxmamaq idi. Komandam keyfiyyətli oyuna üstünlük verdi. Düşünürəm ki, görüşün sonuna qədər təzyiqlərimizi davam etdirsəydik, mütləq rəqibdə hansısa boşluqlar aşkar edəcəkdik. Belədə hesabı bərabərləşdirə bilərdik. Oyuna ən düzgün şəkildə hazırlaşmışdıq. Komandam rəqibə yaxşı müqavimət göstərirdi. Ancaq bu faktdı ki, “Qarabağ” ardıcıl bir neçə il Avropa Liqasında uğurlu çıxış edən komandadı. Rəqibin heyətində güclü futbolçular var. Əsasən də üç braziliyalı yarımmüdafiəçini (Reynaldo, Çümbinyo, Almeyda) qeyd edə bilərəm. Hansı ki, onlar həm orta sahədə oyun qurur, həm də sürətli hücumlar təşkil edirdilər. İki komanda arasında böyük keyfiyyət fərqi var. Ancaq təslim olmaq fikrində deyilik. Futbolçularımı cavab oyununa çox yaxşı hazırlayacağam. İnanıram ki, onlar bacardıqları ən yaxşı oyunu göstərəcəklər. “Valletta”  çempionluq yarışında böyük xarakter göstərib. İnanıram ki, “Qarabağ”la cavab oyununda da fədakarlıq edəcəklər”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər