"Tom" hansı klubumuzun düşərgəsindədi?

"Tom" hansı klubumuzun düşərgəsindədi?

Braziliyalı Fernando Gilionun Azərbaycan klublarından birinin düşərgəsinə gəlməsi barədə xəbər vermişdik. Bununla bağlı məlumat yayan Bolqarıstan mətbuatı qeyd edirdi ki, Sofiya "Lokomotiv"indən ayrılan "Tom" ləqəbli yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etdirəcək.

Fanat.az xəbər verir ki, artıq onun gəldiyi klubumuzun adı müəyyənləşib. Fernando hazırda AZAL-ın düşərgəsindədi və onunla bağlı yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, tam adı Everton Fernando Gilio olan 28 yaşlı futbolçu 2013-cü ildən çıxış etdiyi "Lokomotiv"də 56 oyun keçirib və 3 qol vurub. Yarımmüdafiəçi əvvəllər Braziliyanın "Taquaritinqa", Bolqarıstanın "Lokomotiv" (Plovdiv) və "Minyor" klublarında çıxış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər