Sloveniyada təlim-məşq toplanışında olan "Simurq"un daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Zaqatala təmsilçisi Makedoniyanın "Vardar" klubu ilə qarşılaqacaq. Mat iyulun 9-da baş tutacaq.
"Vardar" 1947-ci ildə Makedoniyanın paytaxtı Skopyedə yaradalıb. 7 dəfə Makedoniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi olan komanda 1 dəfə ölkə superkubokuna sahib çıxıb. Ukraynalı Sergey Andreyevin başçılıq etdiyi komanda son mövsümü 5-ci pillədə başa vurub. "Vardar"ın heyətində Çernoqoriya, Xorvatiya, Serbiya, Ermənistan, Bosniya və Hersoqovinadan legionerlər çıxış edir.
Qeyd edək ki, "Simurq" ilk sınaq matçında Sloveniyanın "Aluminiy" klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbəqazanıb.
Fanat.az