"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

İtaliya A Seriyasının 36-cı turunda səfərdə "Atalanta"ya 1:2 hesabı ilə uduzan "Roma"nın çempionatda 19 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.

Fanat.Az xəbər verir ki, "canavarlar" öncəki yenilgini dekabrın 15-də "Komo"dan almışdılar - 0:2.

Paytaxt təmsilçisi Berqamoda baş tutan görüşə qədər 19 matçda 14 qələbə və 5 dəfə heç-heçə ilə diqqət mərkəzinə düşmüşdü. 

Qeyd edək ki, hazırda 63 xalı olan "Roma" A Seriyasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər