"Roma"dan böyük transfer həmləsi

"Roma"dan böyük transfer həmləsi

İtaliya A Seriyasının nəhənglərindən olan "Roma" klubu hücum xəttini gücləndirmək məqsədilə yay transfer pəncərəsi üçün prioritet hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşrinin yaydığı məlumata görə, paytaxt təmsilçisi hazırda "Marsel"in formasını geyinən ingilis hücumçu Meyson Qrinvudu heyətinə qatmaq üçün rəsmi addımlar atır.

Fransa klubu 24 yaşlı forvardın transfer dəyərini təxminən 55 milyon avro olaraq qiymətləndirir.

Bununla belə, hər iki klub rəhbərliyi arasındakı sıx və müsbət münasibətlərin bu danışıqların olduqca sürətli və müsbət yekunlaşmasına kömək edəcəyi bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər