"Nə? Azərbaycan Şimali İrlandiyanı udub?"

"Nə? Azərbaycan Şimali İrlandiyanı udub?"

“Nə? Azərbaycan Şimali İrlandiyanı udub?Afərin! Gözləməzdim... Onları qələbə münasibəti ilə təbrik edirəm”. Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının futbolçusu Roman Şirokov deyib.

 

 Şirokov "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində dünən səfərdə Lüksemburqu 0:4 hesabı ilə yenən şimal qonşularımızın oyunçusumatçın ardından ölkəsindən olan jurnalistlərə danışıb.

 

 “Zenit”də forma geyən yarımmüdafiəçini millimizin Şimali İrlandiya üzərindəki qələbəsi təəccübləndirib: “Lüksemburqla Azərbaycan millisi arasında paralellər aparmaq olmaz. Bu iki rəqibi tərəzinin bir gözünə qoymaq düzgün deyil. Bakıdakı oyun çox çətin alınacaq. Üstəlik,azərbaycanlılar bizi məğlub etməyə söz veriblər. Onlarla birinci oyunda yaxşı oynayıb qalib gəlmişdik. Xüsusilə, birinci hissədəki çıxışımızışəxsən bəyənmişdim”.

 

 

 Rusiya- Azərbaycan oyunu oktyabrın 15-də 22.00-da “Bakcell Arenada” keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər