"Heç cavab oyununda da oynamayacam"

"Heç cavab oyununda da oynamayacam"

Bu gün saat 21.00-da “Boras Arena”da İsveç “Elfsborq”unun qonağı olacaq “İnter”in Elvin Məmmədovu səfərə aparmadığını bilirsiz. Fanat.az xəbər verir ki, Avroliqanın I təsnifat mərhələsinin Moldova “Tiraspol”uyla cavab oyunu ərəfəsində topuğundan zədələnən Elvin cavab oyununu da buraxacaq.

Bu haqda Fanat.az-a futbolçunun özü məlumat verib: “Əlbəttə, zədələndiyimə görə üzülürəm. Ümid edirəm ki, “İnter” mənsiz də İsveçdən yaxşı nəticə ilə dönəcək. Avrokuboklarda çıxış edən bütün klublarımıza uğurlar arzulayıram. Zədəm gözlədiyimdən ciddi çıxdı. Heç “Elfsborq”la cavab oyununda da oynaya bilməyəcəm.  Topuğumda həm şiş var, həm də ağrı. Hardasa 10-15 günə tam sağalaram”.

Xatırladaq ki, Elvin əvvəllər də şərəfini qoruduğu “İnter”də bu yay keçirdiyi ilk rəsmi qarşılaşmada özünü yaxşı tərəfdən göstərmiş, səfərdə “Tiraspol”un qapısına yol tapmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər