"Azərbaycan millisini seçdiyimə peşman deyiləm"

"Azərbaycan millisini seçdiyimə peşman deyiləm"

Millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib. Fanat.Az xəbər verir ki, "Erçqebirqe" klubunda forma geyinən futbolçu yığma komandamızı seçdiyinə görə peşaman olmadığını bildirib: 

"Berti Foqts 2012-ci ildə “Münster”də çıxış etdiyim vaxt mənimlə əlaqə saxladı. Biz görüşdük və Foqts məni bu yığmanı seçməyə razı sala bildi. Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm.  Burada oynadığıma görə şadam. Mən artıq yığma ilə 15 beynəlxalq görüşdə iştirak etmişəm

Dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino ilə görüşəcəyik. Qalib gəlməyə məcburuq. 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında çıxış etmək istəyirik. Bunun üçün seçmə mərhələdə uğurla çıxış etməliyik. Komandamız belə potensiala malikdi".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər