"Azərbaycan millisində oynayacam" - Türk futbolçu

"Azərbaycan millisində oynayacam" - Türk futbolçu
"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Azərbaycan millisinin təklifini qəbul edib. Fanat.Az xəbər verir ki, futbolçu bu barədə Anadolu Agentliyinə açıqlamasında verib.
Dəniz Yılmaz bildirib ki, Azərbaycandan aldığı təklifi çox düşünüb və qərarını verib. AFFA-dan ilk dəfə 3 il öncə aldığını deyən futbolçu Türkiyə millisində oynamaq arzusunun baş tutmadığını bildirib: "Həmişə Türkiyə millisinə çağrılmağı gözlədim, amma bu baş tutmadı. Son olaraq "AVRO-2016"nın heyətinə dəvət almadıqdan sonra Azərbaycanın dəvətini qəbul etdim. Milli komandada özümü göstərmək istəyirdim. Bu arzumu Azərbaycan millisində gerçəkləşdirəcəm".
Dəniz Yılmaz AFFA-ya imzalı sənədləri göndərdiyini, biləyindəki zədə sağaldıqdan sonra milli komandanın təlim-məşq toplanışına qatılacağını bildirib: "Azərbaycanlılar məni çox istədi. Bunun üçün 3 il gözlədilər. Həftədə 1-2 dəfə zəng edirdilər. Sonuncu dəfə onlara "Avropa çempionatı üçün Türkiyə millisindən dəvət almasam gələcəm" demişdim. Ümid edirəm ki, həm mənim, həm də Azərbaycan millisi üçün xeyirli olar".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər