"Azərbaycan millisi topa yaxşı nəzarət edir"

"Azərbaycan millisi topa yaxşı nəzarət edir"

Qazaxıstanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi  Aleksandr Kuznetsov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində millimizlə heç-heçə etdikləri oyundan (2:2) sonra fikirlərini bildirib.

O, qarşılaşma haqda bunları deyib: “Azərbaycan yığmasının başqa turnirlərdəki oyunlarını izləmişdik. Rəqibimizi yaxşı tanıyırdıq. Güclü komandadır, futbolçuların çoxu təcrübəlidir. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər